Aygün Kazımova
Sənə Xəstəyəm
Səni gözləmirdim sən hardan gəldin
Çevrildi həyatın altı-üstünə
Ruhumu yerindən oynadan ətrin...

Qəlbimi yandırdı durdu qəsdinə
Dəyişdi ömrümün ağ-qara fəsli
Açıldı sabahlar kirpiklərimdə
Eşqimin dəyəri duyğumun əsli
Oyandı yatdığı dərinliklərdən

Gözüm yox dünya malında
Bircə zərrə istəyəm
Yalnız sənə vurğun ürək

Ancaq sənə xəstəyəm
Dərmanımı əllərində
Yorulmadan gözləyən
Çarəm səni sevmək deyə
Ancaq sənə xəstəyəm...