Aygün Kazımova
Tənha qadın
Tənha qadın bircə addım
Tənha qadın bircə addım
Qoy dünyana yaxın gəlim

Tənha qadın, susma danış
Tənha qadın, susma danış
Ömür yolun mənə tanış

Söylə görüm bu həyatda
Söylə görüm bu həyatda
Nələr çəkdin, nələr gördün

Sınaqlardan necə keçdin
Sınaqlardan necə keçdin
Nələr gördün, nələr çəkdin

Bilirəm ki, buz ocağın
Bilirəm ki, buz ocağın
Nəfəsindən qızınmadın

İllər ötür, bu illərdə
İllər ötür, bu illərdə
Tənhalığın bircə damla azalmadı...

Uzun zülmət gecələr də
Uzaq-uzaq ulduzlara
Taleyindən söz açdınmı
Səssizliyə dözmək çətin
Baş götürüb bu boşluqdan
Hara gəldi, necə gəldi
Heç qaçdınmı

Hara gəldi, necə gəldi
Heç qaçdınmı

Hara gəldi, necə gəldi
Heç qaçdınmı

Tənha qadın
Sənin adın miskin qüssə
Arzuların sınıq-sınıq
Qol-qanadın qırıq-qırıq

Susma danış...
Susma danış...
Susma danış...
Susma... Susma... Susma...