Aygün Kazımova
Olmuşam varam
Dünən gördüyün durnalar
Uçub getdi qatar-qatar
Dəyişdi bu zamanlar
Eşqi nakəsə satar
Gəl inan bu məhəbbətə
Birgə ömrü vuraq başa
Biz yol açaq səadətə
Dönməsin ürək daşa
Aylar keçdi, illər ötdü
Xatirələr yada düşdü
Bu sevginin təranəsi
El-obada dilə düşdü
Demə vaxtım ötüb-keçdi
Döndü acı xatirələr
Demə mənə "artıq gecdi"
Mən olmuşam, varam hələ
Yenə gözəlmiş bu həyat
Yaratmış Tanrı bizə
Qoy bizim taleyimiz
Qovuşdursun bizi bizə
Bu ömrümün nəğməsini
Mən dünyaya bağışlaram
Tale mənə nə etsə də
Mən olmuşam, həm də varam
Aylar keçdi, illər ötdü
Xatirələr yada düşdü
Bu sevginin təranəsi
El-obada dilə düşdü
Demə vaxtım ötüb-keçdi
Döndü acı xatirələr
Demə mənə "artıq gecdi"
Mən olmuşam, varam hələ