Aygün Kazımova
Sevgilim
Nə olar məni də özünlə apar
Qoyma bu dünyada mən tənha qalım
Nə olar məni də özünlə apar
Qoyma bu dünyada mən tənha qalım

Məni də kədərin əlindən qurtar
Səninlə dünyanın sevincin dadım
Məni də kədərin əlindən qurtar
Səninlə dünyanın sevincin dadım

Sevgilim sən məndən ayrılıb getsən
Apar bu ürəyimi, özünlə apar
Olsan da dünyanın harasında sən
Səni məhəbbətim axtarıb tapar

Dünya nə gözəldir, xəyaldan gözəl
Sevincdən gözlərim dolmaq istəyir
Dünya nə gözəldir, xəyaldan gözəl
Sevincdən gözlərim dolmaq istəyir

Ürəyim uşaqtək öyrəşib sənə
Həmişə səninlə qalmaq istəyir...
Ürəyim uşaqtək öyrəşib sənə
Həmişə səninlə qalmaq istəyir...

Sevgilim sən məndən ayrılıb getsən
Apar bu ürəyimi, özünlə apar
Olsan da dünyanın harasında sən
Səni məhəbbətim axtarıb tapar
Sevgilim sən məndən ayrılıb getsən
Apar bu ürəyimi, özünlə apar
Olsan da dünyanın harasında sən
Səni məhəbbətim axtarıb tapar