Aygün Kazımova
Qızların
Hansı gözdən köz götürdü bu ocaq
Yaz mövsümü gəldi haçan qızların?
İnən belə güzgülənmək olacaq
İşi gücü axşamacan qızların

Sehirkarlıq o gözlərdə bəli var
Sübut gəzmə Məcnun kimi dəli var
Ya taleh də, ya ilham da əli var
Öz özünə işıq saçan qızların

Gəlişinə gül-çiçəklər dərilsin
Görüşünə qoşa qollar gərilsin
Xalı olub ayağına sərilsin
Ev-eşiyim, həyət-bacam qızların

Sehirkarlıq o gözlərdə bəli var
Sübut gəzmə Məcnun kimi dəli var
Ya taleh də, ya ilham da əli var
Öz özünə işıq saçan qızların

Elçi gəlsin, üstünə gül saçılsın
Verməslər götürülüb qaçılsın
Görüm elə bəxti günü açılsın
Öz bəxtinə könül açan qızların

Hansı gözdən köz götürdü bu ocaq
Yaz mövsümü gəldi haçan qızların?
İnən belə güzgülənmək olacaq
İşi gücü axşamacan qızların
Sehirkarlıq o gözlərdə bəli var
Sübut gəzmə Məcnun kimi dəli var
Ya taleh də, ya ilham da əli var
Öz özünə işıq saçan qızların

Qızların... qızların...