Aygün Kazımova
Ay & Gün (Magnum Edition)
Yox heç kimə ehtiyacım
Var parıldayan tacım
Aydır mənim tək sirdaşım
Qaranlıqlar yoldaşım

Günəştək mən odlanaram
Əgər kimsə söz desə
Əslində sevgim sonsuzdur
Məni sevən hər kəsə

Günəşəm, yoxsa ayam mən?
Gündüzəm, ya gecəyəm?
Həm günəşəm, həm də ayam
Hər sözümlə Aygünəm!

Ah, bu gecə heç bitərmi?
Görən gündüz gələrmi?
İçimdə yanan alovlar
Qarla, buzla sönərmi?

Gecələr düşəndə
Yalnızlıq gələndə
Səmada ulduztək parlaram
Səhər açılanda
Gün üfüqdə doğanda
Bilin ki, həm günəm, həm ayam!
Ay, ay, gün, gün, gün, ay, ay
Gün, gün, gün, ay, ay, gün, gün, gün
Ay, ay, gün, gün, gün, ay, ay
Gün, gün, gün, ay, ay, gün, gün, gün
Ay, ay, gün, gün, gün, ay, ay
Gün, gün, gün

İçimdəki atəş sönməz
Ümidlərim tükənməz
Könlümün sevdiklərinə
İsti-soyuq fərq etməz

Günəşəm, yoxsa ayam mən?
Gündüzəm, ya gecəyəm?
Həm günəşəm, həm də ayam
Sizi sevən Aygünəm!

Ay, ay, gün, gün, gün, ay, ay
Gün, gün, gün, ay, ay, gün, gün, gün
Ay, ay, gün, gün, gün, ay, ay
Gün, gün, gün, ay, ay, gün, gün, gün
Ay, ay, gün, gün, gün, ay, ay
Gün, gün, gün